!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Diqqətli olun – Cəzalar sərtləşdirildi

!Reklam – Yazi

44850bf1-abb4-4259-8822-d19775a6fb84Azərbaycanda aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə əmlaka ziyan vuranlar cərimələnəcək və ya həbs olunacaqlar.

İnzibati Xətalar Məcəlləsinə yeni əlavənin edilməsini nəzərdə tutan layihəyə əsasən, aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə mülkiyyətçinin və ya sair sahibin əmlakına talama əlamətləri olmadan az miqdarda ziyan vurmaya görə 500 manatdan 1000 manatadək cərimə tətbiq ediləcək və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbsin tətbiq olunması təklif edilir.

Qeyd edək ki, burada “az miqdarda” dedikdə, 3000 manatdan yuxarı olmayan məbləğ başa düşülür.

Bundan əlavə İnzibati Xətalar Məcəlləsinə edilən yeni dəyişikliklərə əsasən, xırda talamaya görə cərimələrin məbləği artırılır.

Yeni layihəyə əsasən, xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə cərimələrin məbləğinin 200 manatdan 250 manatadək olması (hazırda yüz manatdan yüz əlli manatadəkdir) və ya bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiqi təklif edilir.

Hazırda talanmış əmlakın dəyəri otuz manatdan yuxarı olmadıqda, bu, xırda talama hesab edilir. Yeni layihədə isə talanmış əmlakın dəyərinin 100 manatdan yuxarı olmadıqda, bunun xırda talama hesab edilməsi təklif edilir.

Dəyişiklik layihələri səsverməyə çıxarılaraq qəbul edilib.

Azərbaycanda, həmçinin qanunsuz sahibkarlıqla məşğul olan şəxslər cərimə ödəməklə məsuliyyətdən azad olunacaqlar.

Milli Məclisin bu gün keçirilən plenar iclasında bu məsələyə baxılıb. Bu, Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) maddəsinə təkilf edilən dəyişiklikdə öz əksini tapıb.

Maddəyə əlavə ediləcək qeyd bölməsində göstərilir ki, bu Məcəllənin 192.1-ci maddəsində nəzərdə tutulmuş əməli ilk dəfə törədən şəxs cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə və cinayət nəticəsində əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürdükdə cinayət məsuliyyətindən azad olunur.

Xatırladaq ki, hazırda qanunsuz sahibkarlıqla məşğul olan şəxs cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki misli miqdarında cərimə və ya 6 ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Dəyişiklik səsə qoyularaq qəbul olunub.

Azərbaycanda qəsdən sağlamlığa yüngül zərər vurma ilə bağlı cəzalar da ağırlaşdırılıb.

Dəyişikliyə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma 500 manatdan 1000 manata qədər cərimə və ya bir ilədək müddətə islah işləri, yaxud bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq. Hazırda isə bu cəza 300 manata qədər cərimə və ya bir ilədək azadlıqdan məhrum etmədir.

Digər dəyişikliyə görə isə qəsdən sağlamlığa yüngül zərər vurma əməlini ilk dəfə törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad olunur.

www.yenicag.az

831
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv