“Diqqətli tərcümə elə” – Ərdoğan şeir dedi

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Özbəkistandan olan həmkarı Şavkat Mirziyoyevlə birgə jurnalistlər üçün təşkil olunan mətbuat konfransında maraqlı anlar yaşanıb.

Yenicag.az xəbər verir ki, toplantıda Özbəkistanın milli şairi Abdulla Aripova aid bir şeir oxuyan Ərdoğan, onu oxumadan öncə tərcüməçiyə xəbərdarlıq edib: “İndi şeirə keçirəm, onu diqqətlə tərcümə et”.

Tərcüməçi də Ərdoğana “Oldu, prezidentim”, deyə cavab verib. Bu dialoq toplantı iştirakçılarının gülüşünə səbəb olub.

COP29