Direktor: “İlk olaraq ƏƏSMN-in işçiləri ilə elektron əmək müqavilələri bağlanılacaq”

“İlk olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin alt qurumlarının işçilərinin əməkdaşları ilə elektron əmək müqavilələrinin bağlanması test rejimində həyata keçiriləcək”.

Yenicag.az xəbər verir ki, bunu nazirliyin tabeliyindəki DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktoru Kənan Əkpərov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, növbəti ildən prosesə start veriləcək: “Bunun üçün elektron imza və SİMA-dan istifadə nəzərdə tutulub. Daha sonra əmək müqavilələrinin elektron sistemdə bağlanması bütün ölkə üzrə tətbiq olunacaq”.