Direktor işdən çıxarıldı

ebulfes_357u6y757455Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsində kadr dəyişikliyi olub.

İdarədən verilən məlumata görə, Mədəni Tədbirlərin Təşkili və Yaradıcı Gənclərlə iş üzrə mərkəzin direktoru Rəşadət Həşim oğlu Həşimov vəzifəsindən çıxarılıb.

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin sonuncu kollegiya iclasında Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev vəzifəsindən azad olunub. Nazirin əmri ilə bu vəzifəyə Nizami Kino Mərkəzinin direktoru Vüqar Zeynalov təyin edilib.