Bu il ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul zamanı namizəddən esse yazmaq tələb olunmayacaq.
Yenicag.az-ın məlumatına görə, bunu Təhsil İşçilərinin Peşə İnkişafı İnstitutu nəzdində İnsan Resursları Mərkəzinin müdiri Murad Camalzadə deyib.
M.Camalzadənin sözlərinə görə, namizədlər 90 dəqiqə davam edən imtahanda yalnız 60 test sualına cavab verəcəklər.
Mərkəz rəhbəri qeyd edib ki, bu gündən keçirilməyə başlayan və sabah da davam edəcək direktorların işə qəbulu müsabiqəsinin test mərhələsində 1600-dən çox şəxsin iştirak edəcəyi gözlənilir.
M.Camalzadə qeyd edib ki, müsabiqənin müsahibə mərhələsinin dekabrda keçirilməsi, ümumilikdə isə bu iln sonunadək müsabiqənin yekunlaşması nəzərdə tutulur. Müsabiqədə uğur qazanan namizədlər yeni ilin əvvəlindən öz vəzifələrinin icrasına başlaya biləcəklər./Trend/