Direktor olmaq istəyənlərin nəzərinə

Vakant məktəb direktoru yerləri üçün müsabiqə yaxın zamanda olacaq.

Yenicag.az xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev “Pandemiya dövründə təhsil” mövzusunda ünvanlanan sualları Feysbuk səhifəsində cavablandırarkən deyib.

O bildirib ki, zaman və keyfiyyət arasındakı düzgün balans tapılmalıdır:

“Biz də istəyirik ki, məktəblər direktorsuz qalmasın. Odur ki, bu seçimin yaxın zamanda aparılması gözlənilir”.