Şəmkirdə “VAZ” markalı avtomobil yük maşını ilə toqquşub.
Yenicag.az-ın məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Sabirkənd kəndindən keçən hissəsində qeydə alınıb.
Qəza zamanı “VAZ” zərbənin gücündən yoldan çıxaraq aşıb. İlkin məlumata görə, hadisə zamanı 2 nəfər ölüb. Onlardan biri Şəmkir rayonu, Dəllər qəsəbəsi Z.Abbasov adına tam orta məktəbin direktoru, 1964-cü il təvəllüdlü Vəliyev Eyvaz Nurqələm oğludur. O, avtomobilə sərnişin qismində əyləşib.
Hadisə zamanı habelə daha bir nəfər – 1967-ci il təvəllüdlü Abbasov Xaqani İslam oğlu ölüb.
Faktla bağlı araşdırma aparılır./Report/