Direktorun otağı yandı

yangin2-431x300rt81Biləsuvar rayonunda məktəb yanıb.

Rayonun Təzəkənd kəndində yerləşən ümumi sahəsi 1561 kv.m olan birmərtəbəli məktəbdə yanğın baş verib.

18 sinifdən ibarət olan orta məktəbin sahəsi 15 kv.m olan direktor otağının yanar konstruksiyaları yanıb.

Məktəbin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.