“Diriliş Ərtoğrul”un məşhur aktyoru vəfat etdi – FOTO

Türkiyənin tanınmış aktyoru Hüseyin Özay vəfat edib.

Yenicag.az “Yeni Şafak”a istinadən xəbər verir ki, TRT-nin məşhur “Diriliş Ərtoğrul” tarixi serialında Qorqud ata obrazını canlandıran 62 yaşlı Hüseyn Özay həyata gözlərini yumub.

Sənətçinin vəfat səbəbi açıqlanmayıb.

Qeyd edək ki, Özay səsləndirmə sənətçisi kimi fəaliyyətə başlasa da, 1980-ci ildən etibarən aktyorluğa addım ataraq müxtəlif film və seriallarda fərqli rolların mahir ifaçısına çevrilmişdi.