“Diriliş Ərtoğrul”un məşhur aktyoru vəfat etdi

“Diriliş Ərtoğrul” və “Kurdlar vadisi” kimi teleseriallarda oynadığı rollarla azərbaycanlı tamaşaçıların da yaxşı tanıdığı məşhur aktyor Toygun Atəş vəfat edib.

Yenicag.az xəbər verir ki, sənətçi uzun müddət idi, koronavirusdan müalicə alırdı.

Fevralın 6-da test cavabı pozitiv çıxan Atəş İnönü Universitetinin Turqut Özal Tibb Mərkəzinə yerləşdirilib. Onun süni nəfəs aparatına qoşulduğu bildirilib. Lakin görülən bütün tədbirlər tanınmış aktyorun həyatını xilas etmək üçün kifayə olmayıb.

Qeyd edək ki, Toyqun Atəş “Aşkı-Məmnu” (gəmi kapitanı), “Fatmagülün günahı nə?” (Emin) və “Möhtəşəm yüz il. Kösəm” (Sofu Sinan paşa) kimi seriallarda canlandırdığı obrazlarla da Azərbaycan tamaşaçısına yaxşı tanış idi.