“Diriliş”çilərdən yeni serial: “Quruluş Osman” – İlk fraqman

Türkiyədə beş il reytinq cədvəlində birinci olan “Diriliş Ərtuğrul” serialının yayınçısı Mehmet Bozdağın ikinci serialı yayıma hazırdır.

Yenicag.az xəbər verir ki, Burak Özcivitin baş rolda oynadığı serialın ilk fraqmanı artıq yayımlanıb.

Türkiyənin ATV telekanalında yayımlanacaq serial Osmanlı İmperiyasının quruluş illərindən bəhs edəcək.