Dırnaqlardakı ağ ləkələrin SİRRİ

Dırnaqlarınızda olan ağ ləkələrə əhəmiyyət verməməklə, sağlamlığınızı təhlükə altına atmış olursunuz.

Yenicag.az xəbər verir ki, orqanizmdə gedən müəyyən neqativ proseslər bədənin müxtəlif hissələrində təzahür edərək, səhhət problemlərini üzə çıxmasına səbəb olur.

Belə ki, dırnaqlardakı ağ ləkələr anemiya xəstəliyinin və ya vitamin çatışmazlığının əlamətidir. Dırnaqda olan qara xətlər xərçəng təhlükəsindən xəbər verir.

Sarı dırnaqlar isə göbələk xəstəliyinin göstəricisidir. Dırnaqlarda qabarıqlıq serroz, ağ ciyər xərçəngi və bağırsaq xəstəlikləri barədə “siqnal” verir.

Firuzə Alimova

COP29