İsveçli Karolina Olsson real həyatda “yatan gözəl” kimi tanınır. Hekayəyə görə, 14 yaşında yuxuya gedən Karolina 46 yaşında oyanıb.
Karolina 29 oktyabr 1861-ci ildə beş qardaşın yeganə qızı olaraq anadan olub. 14 yaşına qədər normal həyat sürüb. Lakin 1876-cı ildə bir gün o, evə şişmiş üzü və dözülməz diş ağrısı ilə dönüb. O, ailəsinə buzlu çaydan keçərkən ayağı sürüşdüyünü deyib. Ağrı dözülməz hala gələndə ailəsi onu yatızdırıb. Onlar bilmirdilər ki, Karolina 1908-ci ilə qədər oyanmayacaq.
Yenicag.az-ın məlumatına görə, əvvəlcə onun narahat olan ailəsi və qonşuları həkim çağırmaq üçün pul toplasalar da, Karolinanı ayıla bilməyəndə mütəmadi müayinələrə razılaşıblar.
Zaman keçdikcə Karolinanın vəziyyəti dəyişməyib. Xəstəxanaya aparılanda və onu oyatmaq üçün bədəninə elektrik cərəyanı keçəndə də oyanmayıb. Məlum yuxu pozğunluqlarına sığmayan bu vəziyyəti müxtəlif sahələr üzrə həkimlər izah edə bilməyiblər.
Karolinanın anası illər ərzində ona qulluq etməyə davam edib və o, yatarkən ona süd içdirdiyi deyilir. 1905-ci ildə anası vəfat edəndə Karolinaya qulluq etmək üçün bir qulluqçu işə götürülüb.
Üç il sonra qulluqçu Karolinanın otağından qəribə səslər eşidib. Otağa girəndə 46 yaşlı qadını otaqda səndələyərək ağladığını görüb. Karolinanın yatdığı 32 ili xatırlamadığı və artıq qardaşlarını tanımadığı deyilir.
Nəsimi Ələsgərli