!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Diş çürüməsi xərçəngə səbəb olur – Şok nəticə

!Reklam – Yazi

ip_8074O qədər önəm vermədiyimiz diş ağrısı və diş çürükləri sağlamlığımız üçün ciddi təhlükə yarada bilər.

Bəyaz dişlər yalnız estetik gözəlliyimizin simgəsi deyil.  Araşdırmalar göstərir ki,  insanın gənc yaşlarında dişlərinin çürüməsi ürək, qan-damar xəstəlilərinə, revmatizmaya, böyrək və qaraciyər ağrılarına hətta xərçəngə yol aça bilər.

Stomotoloqların tövsiyəsinə görə, 6 ayda bir dişlər müayinə olunmalıdır. Yalnız belə olan halda yuxarıda sadalanan gələcək xəstəliklərin qarşısı alınar. Səhər olduğu kimi, gecələr də yatmazdan öncə dişlər yaxşıca fırçalanmalıdır. Dişlər üçün xüsusi saplardan istifadə edilməlidir. Bundan əlavə, qoz və fındıq kimi çərəzləri dişlə qırmaq qətiyyən yolverilməzdir. Şirniyyat yedikdən sonra dişlər mütləq təmizlənməlidir. Çünki şirniyyat qalığının dişlərdə qalması sonradan çürüməyə səbəb olur. Dişlərin sağlam qalması üçün proteinli qidalara daha çox üstünlük verilməlidir. Şəkərsiz saqqız çeynəmək də diş minası üçün faydalıdır.

www.yenicag.az

1309
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv