Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Diş daşlarını təmizlətdi - Əl və ayaqlarından məhrum oldu

İngiltərə sakini Tom Rey 1999-cu ildə diş həkiminə gedəndən sonra ağır sepsis keçirib və əl və ayaqlarından məhrum olub.

Yenicag.az xəbər verir ki, Tom həkimə diş daşlarının təmizlənməsi üçün müraciət edib. Prosedur zamanı həkim təsadüfən Tomun damağını deşib və təhlükəli mikroblar kişinin qanına düşüb. Nəticədə Tomda ağır sepsis inkişaf edib.

Həkimə gələndə Tom qripp infeksiyasına yoluxmuş olub və bu da vəziyyəti daha da ağırlaşdırıb. Virus onun orqanizmini zəiflədib ki, sepsis çox sürətlə inkişaf edib.

Həkimdən çıxdıqdan bir neçə saat sonra Tomun hərarəti kəskin artıb, güclü ürəkbulanması başlayıb. Tom xəstəxanaya çatdırılıb və burada komaya düşüb. Kişi yalnız 3 aydan sonra komadan ayılıb.

Həkimlər ağır vəziyyətdə olan Tomun həyatını xilas etmək üçün onun əl və ayaqlarını və həmçinin ağızın bir hissəsini amputasiya ediblər.

Komadan çıxandan sonra kişi yaxınlarını və həyat yoldaşını tanıya bilməyib. Ona uzunmüddətli reabilitasiya tələb olunub.

Hal hazırda Tom protez əl və ayaqlarından istifadə edir.

Müxtəlif kanallara müsahibə verən Tom insanlara qripp və ona oxşar vəziyyətlərdə diş həkimlərinə getməməyi tövsiyə edir.

www.yenicag.az

10227