“Şalke” müdafiəçisi Həmzə Mendili qeyri-adi səbəbdən cəzalandırıb.
Yenicag.az xəbər verir ki, mərakeşli futbolçu diş həkiminə getmədiyi üçün əsas komandadan kənarlaşdırılıb.
Klub rəhbərliyi iş gününün sonunda futbolçuların müayinəsi üçün stomatoloji klinika ilə razılıq əldə edib. Bütün futbolçular deyilən vaxtda klinikada olasalar da, Mendil ora getməyib. Nəticədə 21 yaşlı oyunçu əvəzedici komandaya göndərilib.