Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

“Dişimizlə, dırnağımızla mübarizə aparacağıq” – Qurban Qurbanov

Reklam: Sinerji Pro

Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Fransanın “Frans Press” agentliyinə açıqlama verib.

Yenicag.az xəbər verir ki, təcrübəli çalışdırıcı açıqlamasında qrup mərhələsinə vəsiqə qazanmaqlarından danışıb.

“Bu, bizim çoxdankı arzumuz idi. Qrupdakı rəqiblərimiz çox güclü və təcrübəlidirlər. Amma biz döyüşdən əvvəl təslim olmayacağıq. Hər bir matçda dişimizlə, dırnağımızla mübarizə aparacağıq. İlk oyunumuz Londonda “Çelsi”yə qarşı olacaq. Görüş bizim üçün çox çətin keçəcək. Üzərimizə düşən işi layiqincə yerinə yetirəcəyimizə ümid edirik”, deyə, 45 yaşlı mütəxəssis bildirib.

Qeyd edək ki, agentliyin “Qarabağ” haqqında hazırladığı yazıda klubun təmsil etdiyi Ağdamın Ermənistan ordusu tərəfindən işğal olunmasından və bu səbəbdən ev oyunlarını Bakıda keçirtməsindən də söz açılıb.

www.yenicag.az

4932