!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Distant təhsilin FƏSADLARI: “Həm səmərəli deyil, həm də əlçatan...” – Elçin Əfəndi

!Reklam – Yazi

“Son buraxılış sinifləri və kurslarında təhsil alan şəxslərin kifayət qədər təcrübəli kadr kimi formalaşıb cəmiyyətə inteqrasiya olması əhəmiyyətlidir”.

Bunu ölkədə fevralın 15-dən etibarən, bağçaların açılması, məktəbəqədər təhsil müəssisələrində, ali və orta ixtisas təhsili və peşə təhsili müəssisələrində tədrisin ənənəvi formada bərpa olunması ilə bağlı qərarı dəyərləndirən ekspert Elçin Əfəndi Yenicag.az-a açıqlamasında deyib.

Təhsil ekspertinə görə, distant təhsilin səmərəli olması üçün ümumi bazanın yaradılmasına və kadr hazırlığı ilə məşğul olunmasına ehtiyac var. Mövcud vəziyyətdə ölkəmiz distant təhsilə hazır deyil və buna görə də ənənəvi tədrisin bərpası mütləqdir:

“Cəmiyyətimizdə qəbul olunan qərarla bağlı ziddiyyətli fikir formalaşıb. Bir qism dərslərin ənənəvi şəkildə bərpasının tərəfdarıdır. Ümumiyyətlə, onlar bağlı olan bütün sahələrin açılmasını istəyirlər.

Digər qism isə yoluxma sayının artmaması üçün məhdudiyyətlərin davam etməsinin doğru olacağını hesab edir. Lakin nəzərə almaq lazımdır ki, ölkəmiz müharibədən çıxıb və iqtisadiyyatın tənzimlənməsi vacibdir.

Bununla yanaşı, artıq bir ilə yaxın müddət ərzində tədris distant formada davam edib. Son buraxılış sinifləri və kurslarında təhsil alan şəxslərin kifayət qədər təcrübəli kadr kimi formalaşıb cəmiyyətə inteqrasiya olması əhəmiyyətlidir.

Bu baxımdan, hazırkı vəziyyətdə distant təhsil ölkəmiz üçün o qədər də ideal və əlçatan deyil. Ümumilikdə normal həyata dönüşə təkan verən zəmin yetişib.

Əvvəla, ölkəmizdə artıq vaksinasiya prosesi başlayıb və müxtəlif sahələrdə çalışan əksər şəxslərə peyvənd vurulub. Mart-aprel aylarında vaksin olunmuş insanların sayı kifayət qədər çox olacaq. Ölkə üzrə ümumi yoluxanların sayı artıq 230 min 617 nəfər, ümumi sağalanların sayı isə 224 min 168 nəfərdir.

Eyni zamanda, bu günə qədər ümumilikdə 2 426 945 test icra olunub. Test sayı və vaksinasiya prosesi virusun tədricən aradan qalxmasına əsas verir. Hazırkı faktiki statistika növbəti mərhələdə qapanmaların yenidən baş verməyəcəyini göstərir”.

Gülşən Şərif

www.yenicag.az

2745
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv