Reklam: Sinerji

RAMAZAN: XƏBƏRLƏR, MƏQALƏLƏR VƏ MƏSLƏHƏTLƏR

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Distant təhsilin ZAMAN MƏSAFƏSİ: “Karantin rejiminin nə vaxt götürüləcəyi bilinmədiyi üçün...”

“Bu sistem Azərbaycan üçün yeni olduğuna görə ilkin vaxtlarda problemlərin yaranması qaçılmazdır”.

Pandemiya dönəmində bəzi universitetlərdə distant tədris tətbiq olundu. Maraqlıdır ki, universitetlərdə distant tədrisin tətbiqi karantin rejimindən sonra da davam etdirilə bilərmi?

Təhsil eksperti Elçin Əfəndi Yenicag.az-a açıqlamasında bildirib ki, mövcud pandemiya vəziyyəti artıq qanunvericiliyə yenidən baxılmalı və bu təhsil formasının tanınaraq tətbiqinə geniş yer verilməsinin zəruri olduğunu göstərib.

Elçin Əfəndi bildirib ki, ölkədə distant tədris üçün zəruri bazanın təkmilləşdirilməsi zəruridir:

“Dünyanın qabaqcıl ali təhsil müəssisələrində distant təhsil forması çoxdan mövcuddur. Burada tədris formasının əsas məqsədi təhsilin məsafədən idarə olunması və onun əlçatanlığının təmin edilməsidir.

Azərbaycanın təhsil qanunvericiliyində distant təhsil forması öz əksini tapsa da, bu metodun tanınması problem olaraq, qalmaqdadır. Distant təhsil forması ölkənin bütün ali təhsil müəssisələri üçün tələbə qəbulu baxımından, geniş imkanlar açır.

Bu, həm təhsilverənə, həm də təshilalana sərf edən bir formadır. Minlərlə insan var ki, onlar işlədikləri üçün təhsillərini davam edə bilmir və yaxud da universitetə gedib-gəlməkdə çətinlik çəkirlər. Bu sistem məhz onlar üçün çox əlverişlidir.

Eyni zamanda, distant təhsil forması xarici ölkələrdən tələbələrin cəlb olunması prosesini bir qədər də asanlaşdırır. Qeyd olunanları nəzərə alsaq, bütün ali təhsil müəssisələrində distant təhsil forması üçün əsaslı baza yaradılmalı və təkmilləşdirilməlidir”.

Ekspert belə hesab edir ki, ölkədəki ümumi vəziyyətdən asılı olmayaraq, daimi distant təhsil ənənəsinin oturuşmasına ehtiyac var:

“Ənənəvi üsul saxlanılmaqla, distant təhsil də mövcud olmalıdır ki, müəyyən kateqoriyaya aid şəxslər rahat təhsil ala bilsinlər. İndiki halda isə onu demək olar ki, karantin rejiminin bitməsindən sonra dərslər ənənəvi üsulla davam edəcək.

Əlbəttə, biz karantin rejiminin, daha dəqiq desək, pandemiya vəziyyətinin nə vaxt bitəcəyini dəqiq bilmirik. Ola bilər ki, bu vəziyyət ilin sonuna kimi davam etsin. O halda, əlbəttə ki, özünütəcrid tələblərinə riayət etməklə, təhsil müəssisələrində dərslər distant formada tədris oluna bilər.

Lakin daha ciddi fəsadlar ortaya çıxarsa, o zaman birmənalı olaraq, distant formaya keçid edilməli və tədris o qaydada aparılmalıdır”.

Distant tədrisin şagird və tələbələrin bilik səviyyəsinə göstərdiyi təsirə də toxunan ekspertin fikrincə, burada bir sıra amillərin rolu nəzərə alınmalıdır:

“Distant təhsilin müəyyən çatışmayan tərəfləri də var. Birincisi, əhatəliliyin təminatı (internet, İTK) problemidir. İkincisi, təhsilin keyfiyyətinin ənənəvi qaydadan bir qədər zəif olmasıdır. Üçüncü problem isə vahid sistem tətbiqinin olmaması və İKT üzrə bilgiyə sahib olmayan təhsilverən şəxslərin mövcudluğudur.

Bütün bunlar tələbə və şagirdlərin tədris keyfiyyətinə birbaşa təsir göstərən amillərdir. Bu sistemin əlverişli imkanları daha çoxdur. Amma sistem ölkəmiz üçün yeni olduğuna görə ilkin vaxtlarda problemlər qaçılmazdır.

Düşünürəm ki, sistem təkmilləşərsə və insanlarımız bu təhsil formasına uyğunlaşarlarsa, o zaman tədrisdə keyfiyyət əldə olunacaq”.

Gülşən Şərif

www.yenicag.az

760