Diyarbəkirdə güclü partlayış olub – Video

diyarbakir-da-patlama-ilk-goruntuler-8926723_8506_mTürkiyənin Diyarbəkir şəhərində güclü partlayış baş verib.

AzVision.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, hadisə şəhərinin Bağlar rayonunda Təhlükəsizlik İdarəsinin binasında qarşısında törədilib.

Məlumata əsasən, partlayış səsi şəhərin bir çox yerlərində eşidilib. Partlayışdan sonra təhlükəsizlik qüvvələri ilə silahlılar arasında atışma olub.

Hadisə yerinə çoxlu sayda təcili tibbi yardım maşını cəlb edilib.