Reklam: High Technic
hightechnic

Diyetoloq məsləhəti: Ağ çörək xeyirlidir - Araşdırma

Keyfiyətli tamdənli undan hazırlanmış çörək orqanizm üçün çox faydalıdır. Onun tərkibində qidalı liflər, B qrupu vitaminləri, E vitamini, dəmir, maqnezium var.

Yenicag.az xəbər verir ki, bütün dünyada dietoloqlar çörəyi gündəlik qidalanmaya daxil etməyi tövsiyə edir. Dietoloqların fikrinə görə, gün ərzində 300 qr qədər çörək yemək olar.

Bir çox insan qara çörəyi daha faydalı hesab edir. Lakin bu belə deyil. İsraildə aparılmış araşdırmalar göstərib ki, qara və ağ çörək orqanizmə demək olar eyni təsir edir. Lakin bəzi insanların orqanizmi qara, digərlərin isə ağ çörəyi daha yaxşı mənimsəyir. Bunun genetika ilə bağlı olduğu bildirilib.

www.yenicag.az

1698