“Dizim üstə Heydər Əliyevin məzarını ziyarət etdim” – Anım günündən VİDEOREPORTAJ

Bu gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatından 15 il keçir.

Yenicag.az xəbər verir ki, səhər saatlarından başlayaraq dövlət qurumları, siyasi partiyalar, QHT, media orqanları və ictimaiyyət nümayəndələri Heydər Əliyevin Fəxri Xiyabandakı məzarını ziyarət edirlər.

Heydər Əliyevin məzarına doğru gedən yolda böyük izdiham yaşanıb. 7-dən 77-yə hər kəs ümummilli liderin məzarını ziyarət edərək, onun mərazı üzərinə gül düstələri düzüblər.

Qeyd edək ki, uzun müddət ABŞ-ın Klivlend klinikasında müalicə olunan Heydər Əliyev 2003-cü il dekabrın 12-də dünyasını dəyişib.

Allah rəhmət eləsin!

Emin Səfərov