Almaniyanın “Aue” klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Dmitri Nazarov ağır cəzaya məruz qalıb.
Yenicag.az xəbər verir ki, buna yarımmüdafiəçinin Almaniya II Bundesliqasının 11-ci turunda keçirilən “Yan Regensburq” matçında topu bilərəkdən rəqib futbolçunun üzünə vurması səbəb olub. Birbaşa qırmızı vərəqə alaraq, meydandan qovulan Nazarova İntizam Komitəsi tərəfindən 3 oyunluq cəza verilib. Onun bu hərəkəti klubun 3 min avro dəyərində cərimələnməsi ilə nəticələnib.
Futbolçu isə açıqlamasında məlum hadisəyə görə üzr istədiyini bildirib.