Dmitri Roqozin əməliyyat üçün Moskva vilayətinə gətirildi

Ukraynanın Donetsk bölgəsində yaralanan Rusiyanın “Roskosmos” dövlət korporasiyasının keçmiş rəhbəri Dmitri Roqozinin Moskva vilayətindəki xəstəxanalardan birinə gətirilib.

Məlumatı jurnalistlərə onun köməkçisi bildirib.

O, əlavə edib ki, yaxın saatlarda Dmitri Roqozinin əməliyyata aparılacaq.

Xatırladaq ki, D.Roqozin ad gününü qeyd etdiyi restoran atəşə məruz qalıb. Bu zaman Dmitri Roqozinin onurğasına mina qəlpəsi girib.