Dmitri Savelyev: “Azərbaycanlı qaçqınların geri qayıtmasından sonra Qarabağın statusu müəyyən olunacaq”

“Dağlıq Qarabağ münaqişəsinin həllində ilk addım Azərbaycanın işğal altında olan yeddi rayonunun qaytarılmasıdır”.

Yeniçağ.Az-ın “APA”ya istinadən verdiyi məlumata görə, bunu Rusiya Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev “vestnikkavkaz”-a bildirib.

Rusiyalı deputatın fikrincə, Dağlıq Qarabağ münaqişəsinin həllində beynəlxalq təşkilatların qərarlarına söykənmək lazımdır. Əlbəttə ki, Dağlıq Qarabağ və işğal altında olan yeddi rayon Azərbaycana qaytarılmalıdır. Əminəm ki, bu yaxın perspektivdə baş verəcək”.

D. Savelyev Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının qaçqınların öz doğma torpaqlarına qayıtması ilə bağlı olacağını da soyləyib: “Azərbaycanlı qaçqınların Qarabağ ərazisinə qayıtmasından sonra onun statusu müəyyən olunacaq. Əlbəttə ki, əgər bütün qaçqınlar Qarabağa qayıtsa, referendum keçiriləcək. Ümumxalq səsverməsinin nəticəsinin necə olacağını anlayırıq”.

Yeniçağ.Az

COP29