DMX-nin əməkdaşları üçün uşaq hüquqlarının müdafiəsinə dair təlim keçirildi - FOTO

media-hightechnic-468x90

İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tərəfindən elan edilmiş “İnsan Hüquqları Aylığı” çərçivəsində Dövlət Miqrasiya Xidmətinin (DMX) əməkdaşları üçün uşaq hüquqlarının müdafiəsi mövzusunda təlim təşkil olunub.

media-banner_tuq

Bu barədə Yenicag.az-a Ombudsman Aparatından məlumat verilib.

Təlimin məqsədi miqrasiya sahəsində fəaliyyət göstərən əməkdaşların uşaq hüquqlarının müdafiəsi istiqamətində bilik və bacarıqlarının artırılması, bu sahədə mövcud milli və beynəlxalq standartlar barədə məlumatlılığının gücləndirilməsi olub.

Ombudsman Aparatının məsul əməkdaşları Nigar Ağayeva və Azər İsalı çıxış edərək milli insan hüquqları təsisatlarının uşaq hüquqlarının müdafiəsində rolu, müvəkkilin bu sahədə mandatı və fəaliyyəti barədə ətraflı məlumat veriblər. Eləcə də milli preventiv və müstəqil monitorinq mexanizmləri çərçivəsində həyata keçirilən fəaliyyət, qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində irəli sürülən təşəbbüslər, eləcə də müxtəlif hədəf qrupları üçün təşkil olunan maarifləndirmə tədbirlərindən bəhs edilib.

Eyni zamanda, uşaq hüquqlarının müdafiəsi sahəsində əsas beynəlxalq hüquqi sənədlər, o cümlədən BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyası və onun fakültativ protokolları, milli qanunvericilikdə uşaqların hüquqlarının təmin olunmasına dair müddəalar, həmçinin cari ildə qəbul edilmiş “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının yeni Qanunu barədə təqdimat keçirilib.

İnteraktiv müzakirələr şəraitində davam edən təlim zamanı iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.

media-ruymxgjbwcdtsvgk2fmxjfqsbnucn6hkgchcdhxx_1200 media-uvs463f5ffx5xob9drugqrgrl8qmzmls0gzh6wrm_1200

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05