!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

DMX tərəfindən saxlanılan əcnəbilərin sayı açqılandı

!Reklam – Yazi

Qanunsuz miqrasiyaya qarşı keçirilən təbirlər zamanı cari ilin 6 ayı ərzində Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən 4 min 541 əcnəbi saxlanılıb.

Bu barədə Yenicag.az-a DMX-nin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, saxlanılan əcnəbilərin ölkə ərazisində olma və yaşama hüququ verən sənədlər olmadan (qanunsuz) yaşaması, ölkəyə gəlişinin bəyan edilmiş məqsədinə uyğun olmayan fəaliyyətlə məşğul olması, qanunsuz əmək fəaliyyətinə cəlb edilməsi və ya qeydiyyat ünvanı üzrə yaşamadığı müəyyənləşdirilib və barələrində qanunvericiliyə müvafiq tədbirlər görülüb.

Həmin dövr ərzində miqrasiya qanunvericiliyini pozan 1 122 əcnəbi Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılıb və ölkəyə girişləri qanunla müəyyən edilmiş müddətə məhdudlaşdırılıb, digərlərinin ölkə ərazisində yaşamalarının qanuniləşdirilməsi və ya ölkəni könüllü tərk etmələri təmin olunub.

Eyni zamanda, ölkədə olma, yaşama, əcnəbilərin işə cəlb olunması qaydalarının pozulması və digər aidiyyəti məsələlərlə bağlı ümumilikdə 9 min 415 inzibati qərar qəbul edilib.

www.yenicag.az

90
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv