Doğu Pərinçək də prezidentliyə namizəd oldu

“Vətən” partiyasının sədri Doğu Pərinçək 24 iyunda Türkiyədə keçiriləcək prezident seçkilərində namizəd olacaq.

Yenicag.az türk mediasına istinadən xəbər verir ki, Doğu Pərinçək 100 min imza həddini keçərək namizədliyini irəli sürüb. O, ümumilikdə 109 min 990 imza toplayıb. Beləliklə, Pərinçək prezidentliyə namizədliyini irəli sürmüş 6-cı siyasətçi olub.

Qeyd edək ki, hələlik Rəcəb Tayyib Ərdoğan, Məhərrəm İncə, Meral Akşener, Təməl Karamollaoğlu, Səlahəddin Dəmirtaş və Doğu Pərinçəkin namizədliyi rəsmən təsdiqlənib.