Doğum günü olan Xalq şairi: “77”yə qədər gəlib çatdım, qalanını Allah bilər”

“Şair başdan-başa yanan ürəkdir.
Qovrulub dönmüşəm külə, yanmışam,
Görməyə nə var ki, duymaq çətindir.
Necə duymuşamsa, elə yazmışam”

Bu gün Azərbaycan ədəbiyyatında xüsusi yeri olan, poeziya dünyasında sözü ən yüksək zirvələrə qaldıran Xalq şairi Vahid Əzizin doğum günüdür.

Şair təəssüratlarını Yenicag.az-a qısa və konkret şəkildə belə ifadə edib:

“Gəlib çatdım 77-yə, qalanının Allah bilər. Bu yaşa gəlib çatdığım üçün də Allahıma hər gün şükür edirəm”.

Qeyd edək ki, şairin yüzlərlə şeirinə mahnı, musiqi bəstələnib ki, həmin musiqilər bu gün dillər əzbəridir. Onun şeirlərinə mahnı bəstələmiş bəstəkarlar zəmanəmizin, çağdaş dövrümüzün ən populyar bəstəkarları, mahnı ifaçıları isə xalqımızın ən məşhur sənət adamlarıdır. Xalq artisti Şövkət Ələkbərova, Flora Kərimova, Brilliant Dadaşova və digər sənətkarların ifasında sevilən və hitə çevrilən ən gözəl musiqilərin söz müəllifi məhz Vahid Əzizdir. O, musiqilər tək ölkəmizdə deyil, digər ölkələrdə də sevilir.

Şair elə tək Xalq artisti Eldar Mansurovla birgə 75 mahnıya həyat verib.

Bu əməkdaşlıqdan yaranan bütün mahnılar, o cümlədən də “Bayatılar” mahnısı bütün dünyada məhşurdur.

Cəvahir