Azərbaycanın və Özbəkistanın Xalq artisti Gülyanaq Məmmədova doğum günündə həyat yoldaşına jest edib.
Yenicag.az xəbər verir ki, sənətçi həyat yoldaşı ilə səmimi fotolarını sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Sevginin ən gözəl duyğu olduğunu ifadə edən Gülyanaq hər kəsi sevib-sevilməyə səsləyib:
“Hər zaman bir-birinizi bütün qəlbinizlə sevin. Dünyada sevgidən savayı, demək olar ki, heç nə yoxdur”.
Qeyd edək ki, cütlüyün dörd övladı var.
Fotoları təqdim edirik:
Cəvahir