Doğum günündə Xalq artistinə AĞIR İTKİ: “Onu itirdim”

Xalq artisti Səidə Quliyevanın bu gün doğum günüdür.

Onu təbrik etmək üçün zəng etmişdik, acı xəbər eşitdik. Xalq artisti gözyaşları içərisində Yenicag.az-acıqlamasında anasını itirdiyini söylədi:

“Anam səhər saatlarında dünyasını dəyişdi. Uzun müddət idi ki. xəstəlikdən əziyyət çəkirdi. Doğum günümdə anamı itirdim. Yaşı çox idi, amma ananın yaşı olmur. Mənim üçün çox ağırdır”.

Cəvahir