Bu gün görkəmli teatr və kino aktrisası, Xalq artisti, Şöhrət ordenli Afaq Bəşirqızının doğum günüdür.
Aktrisa doğum günü ilə bağlı təəssüratlarını Yenicag.az-la bölüşüb:
“Elə indi yığışıb hamılıqla doğum günümü qeyd edirəm. Əhval-ruhiyyəm də çox yaxşıdır”.
Aktrisa onun üçün ən böyük hədiyyənin diqqət, qayğı olduğunu bildirib:
“Mənim üçün ən gözəl hədiyyə diqqətdir. Bu diqqəti görəndə yaşayıram. Allahdan ən böyük hədiyyəm isə yalnız və yalnız cansağlığıdır, bunu istəyirəm”.
A.Bəşirqızı səhhətindən də danışıb: ”Çox şükür, yaxşıyam”.
Cəvahir