!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Doğum gününü qeyd edən Eldəniz: “Ən bahalı hədiyyəni xanımımdan aldım”

!Reklam – Yazi

Müğənni Eldəniz Məmmədovun doğum günüdür.

43 yaşını tamamlayan müğənni təəssüratlarını Yenicag.az-la bölüşüb:

“Təmtəraqla keçirdiyim doğum günlərim olub. Amma bu dəfə ailə daxilində qeyd edəcəyəm. Doğum günü keçirib, camaatdan pul yığmaq istəmirəm. Dolanışıq çətindir. Niyə insanları xərcə salım? Evdə axşam ailəmlə birgə süfrə başında oturub qeyd edəcəyik. Gecə oğlum gitarada ifa etdi, qızlarım da oxudu. Bu sürpriz mənim üçün yüz bahalı hədiyyəyə dəyər”.

Doğulub boya-başa çatdığı Fizulinin Sərdərli kəndini xatırlayıb, kövrələn Eldəniz kənddə keçən doğum günlərindən danışıb:

“Mən o yerlərlə nəfəs alıram. Uşaq olanda atam quzu kəsib, kabab çəkirdi. Hər gün, hər saat kəndimizi düşünüb, orada keçirdiyim uşaqlığımı yadıma salıram”.

Müğənni ən bahalı hədiyyəsindən də danışıb:

“Allah mənə üç gözəl övlad və səs verib. Xanım deyir ki, sənə nə alım? Deyirəm övladımı dünyaya gətirməyin elə mənim üçün ən bahalı hədiyyədir. Odur ki, ən bahalı hədiyyəni xanımımdan almışam. Səhər tezdən getdim bazara, tapşırdıqlarını alıb gətirdim, axşam da bişirib, düzəcək süfrəyə”.

Cəvahir

www.yenicag.az

2508
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv