!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Doğum gününü qeyd edən əməkdar artist: “6:1 mənim xeyrimədir, nədən qorxacam ki?” - MÜSAHİBƏ

!Reklam – Yazi

Bu gün əməkdar artist, tanınmış aktyor Vidadi Həsənovun doğum günüdür.

61 yaşını tamamlayan aktyor təəssüratlarını Yenicag.az-la bölüşüb.

– Doğum gününüzdə hansı abı-havadasınız?

– İnsanlar zəng edir, yazır, təbrik edir, xoş sözlər söyləyir. Mənə də xoş olur. Sağolsunlar. Belə bir abı-havadayam.

– Ad günlərinizi təmtəraqla qeyd etməyi sevirsinizmi?

– Yox. Həmişə olduğu kimi doğum günümdə evdəyəm. Ümumiyyətlə, çalışıram doğum günlərimdə evdə olum.

– Aktyorlar iki ömür yaşayır-öz ömrünü və akyor ömrünü… Öz ömrünüzün, aktyor ömrünüzü üstələdiyi vaxtlar olur. Yaxud da əksinə?

– Bu yaşımda mübaliğəli, təşbehli suallara cavab verməkdən qaçıram. Daha çox realist olmağa çalışıram. Bu ömürlər bir-birindən ayrı deyil, ikisi də bir yerdədir. İki əlimiz, iki gözümüz, iki ayağımız var. Mənəvi dünyamız da elə bunun kimidir – biri mənimdir, biri səhnənin. Amma təkrar söyləyirəm ki, ikisi də bir yerdədir.

– Geridə qoyduğunuz bu illəri doya-doya yaşamısınız, yoxsa, yola verdiyiniz illər, günlər də olub?

– Yenə mübaliğəli sualdır, amma real olmağa çalışacam. Nə yaşamışamsa özüm yaşamışam. Yaxşısı-pisi, günahlısı-günahsızı ilə hamısı mənə məxsusdur. Yaşadığım hər bir günə görə də qürur duyuram. Bəyəm insan səhvlərinə görə qürurlanmalı deyil? İnsan səhv edib də qürurlanmalıdır. Çünki səhvlərinə görə çox şey öyrənir. İnsan yaxşı günlərinə görə də qürurlanmalıdır, çünki yaxşılıqlar onu nəcibləşdirir. İnsanın həyatı tam və bütövdür, gözəllik kimi. Parçalayanda heç nə qalmır, mənasız olur. Yaxşı da mənimdir, pis də. Hamısından da razıyam.

– 61 elə də böyük rəqəm deyil. Amma yaş üstə yaş gəldikcə ömür limitimiz də daralır. Bu mənada rəqəmlər-61 sizi qorxutmur ki?

– 6:1 mənim xeyrimədir, nədən qoxacam ki?

– Sizdən bir tamaşaçı olaraq yeni rollar gözləyirik…

– Yaxşı eləyirsiniz, gözləyin, elə mən də gözləyirəm. (gülür)

Cəvahir

www.yenicag.az

1367
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv