!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Doğum gününü qeyd edən Fəxrəddin Manafov: “Yazılmış ssenari ilə yaşayıram” - VİDEO

!Reklam – Yazi

Bu gün xalq artisti, sevilən aktyor Fəxrəddin Manafovun doğum günüdür. Adını Azərbaycan kino tarixinə yaddaqalan, maraqlı və bənzərsiz obrazlarla həkk edən tanınmış aktyoru biz də təbrik etdik. Uzun-uzadı danışmağı sevməyən xalq artistinin xoş günündə cavabı da qısa və konkret oldu.

Əslində, sözünü obrazları ilə çoxdan deyən Fəxrəddin Manafov Yenicag.az-a açıqlamasında təəssüratını belə ifadə edib:

“Gəncliyimdən ta orta yaşlarıma qədər hər gün bir yeni varaq, səhifə yazırdımsa, yaşa dolandan sonra artıq yazılmış ssenari ilə yaşayıram”.

Sevənlərinin, tamaşaçılarının xoş sözlərini hər zaman qəlbinə yazdığını deyən xalq artisti, içdən gələn səmimi sözlərin onun üçün ən böyük hədiyyə olduğunu da söylədi.

Qeyd edək ki, Fəxrəddin Manafov “Ölsəm bağışla”, “Park”, “Otel otağı”, “Təhminə”, “Hökmdarın taleyi” və digər filmləri ilə tamaşaçı rəğbətini qazanıb.

Cəvahir

Yenicag.az

www.yenicag.az

1676
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv