Doğum gününü qeyd edən Nazənin ilk hədiyyəni kimdən aldı?

“Mənim anlamımda gözəl olmayan qadın yoxdur. Bütün xanımlar gözəldir. Yetər ki, zahiri gözəlliklə daxili gözəllik bir-birini tamamlasın. İnanın içi gözəl olanda, xanımın zahirinə də yansıyır”.

Bunu Yenicag.az-açıqlamasında doğum gününü qeyd edən tannımış müğənni Nazənin təəssüratlarını bölüşərkən deyib.

Sənətçinin sözlərinə görə, onun üçün önəmli olan hər zaman insan qəlbinin saflığı və niyyətinin xoş olmasıdır.

Müğənni ilk hədiyyəsini övladları və həyat yoldaşından aldığını bildirib:

“İlk hədiyyəmi doğmalarımdan aldım. Onlar mənə Allahın ən böyük hədiyyəsidir. Hər kəs yazır, təbrik edir. Mənim üçün hədiyyənin böyüyü-kiçiyi olmaz. Ürəkdən gələn bir kəlmə xoş söz mənim üçün dünyalara dəyər”.

Cəvahir