Doğum haqqında məlumat İTSDA-nın elektron-informasiya bazasına ötürüləcək

“Diridoğulma meyarları”nda dəyişiklik edilib.

Yenicag.az xəbər verir ki, bununla bağlı Səhiyyə Nazirliyinin kollegiyasının sədri, səhiyyə naziri Teymur Musayev qərar imzalayıb.

Dəyişikliyə əsasən, TƏBİB-in tabeliyindəki tibb müəssisələri doğum haqqında məlumatı dərhal Səhiyyə Nazirliyinin yox, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin elektron-informasiya bazasına ötürəcək.