!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Doğumu qeydə alınmamış uşaqların sayı açıqlandı

!Reklam – Yazi

“Son beş il ərzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri tərəfindən əvvəlki illərdə doğulmuş və doğumu dövlət qeydiyyatına alınmamış 6852 hal aşkarlanıb”.

Yenicag.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin İnsan Hüquqları və ictimaiyyətlə əlaqələr İdarəsinin rəisi Aynur Sabitova “Dayanıqlı inkişaf üçün ədalətli, sülhsevər və açıq cəmiyyətləri təşviq etmək” mövzusunda keçirilən ictimai müzakirədə deyib.

İdarə rəisinin sözlərinə görə, aşkarlandıqdan sonra onların 6458-i qeydə alınıb. A.Sabitova bildirib ki, 2018-ci ilə doğumu qeydə alınmayan uşaqların sayı 2167 olub, 2019-cu ildə bu rəqəm 1980 və 2020-ci ildə isə 1312 olub.

Ədliyyə Nazirliyinin rəsmisi vurğulayıb ki, 2021-ci ildən sonra isə bu hallar müəyyən qədər azalıb: “2021-ci ildə 972 uşağın doğum haqqında qeydiyyatı olmayıb. Bu ilin mayın 1-ə qədər bu rəqəm 421-dir”.

www.yenicag.az

110
Ads
www.veteninfo.com
!Reklam – Arxiv