Reklam

Reklam

Bakıda xəstəxanada doğuş zamanı körpə ölüb.

“Report”un xəbərinə görə, hadisə Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 26 saylı birləşmiş şəhər xəstəxanasının doğum şöbəsində qeydə alınıb.

Körpənin nənəsi, 1960-cı il təvəllüdlü Rəfiqə Əsədova bildirib ki, yanvar ayının 10-da gəlini, 1990-ci il təvəllüdlü Səmayə Əliyevanı 26 saylı birləşmiş şəhər xəstəxanasının doğum şöbəsinə yerləşdirib. S.Əliyevanın doğuş zaman körpə ölüb. R.Əsədova körpənin ölümü ilə əlaqədar həkimlərin səhlənkarlığını iddia edib.

26 saylı birləşmiş şəhər xəstəxanasından isə “Report”a doğum şöbəsinin həkimlərinin iş saatının bitdiyini qeyd ediblər.

Faktla bağlı R.Əsədova Xəzər Rayon Polis İdarəsinədə müraciət edilib. Hadisə ilə bağlı araşdırma aparılır.

 

Yenicag.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 124
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."