!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Doha görüşü neft sektorunu batıracaq? – Şərh

!Reklam – Yazi

1460913500116359391_1000x669İlham Şaban: “Neftin yanvar ayındakı kimi 30 dollara qədər ucuzlaşmasına inanmıram”

Dohada OPEK və neftə sahib digər ölkələrin “qara qızıl”ın qiymətini yanvar ayı səviyyəsində saxlamaqla bağlı keçirdikləri görüş nəticəsiz başa çatdı. Belə ki, Səudiyyə Ərəbistanı son anda İranın da prosesə qoşulmasını istəyərək, əks halda razılaşmaya imza atmayacağını bəyan etdi. Bunun da nəticəsində sözügedən məsələdə razılıq əldə olunmadı.

Görəsən, Dohadakı bu hadisə neftin sonrakı qiymətlərinə nə kimi təsir göstərə bilər?
Yenicag.az-a açıqlamasında bu sahə üsrə mütəxəssis İlham Şaban bildirdi ki, bundan sonra da neft qiymətlərinin çox ucuzlaşacağına unanmır. Bu gün Brent markalı neftin ən aşağı qiyməti 40.16 dollar olub. Hazırda isə 41.13 dolalradır. Reallıq onu göstərir ki, Doha görüşü ərəfəsində neftin qiymətinin 45 dollara qədər artması “bazarın qızdırılması” effekti idi. Hazırda neftin köpüyü bazardan yığışdırılır və real qiyməti bərqərar olur. Bu da 40 dollar ətrafında olan bir göstəricidir.
Neftin yanvardakı kimi 30 dollara qədər ucuzlaşmasına inanmıram. Bunun iki obyektiv səbəbi var: birincisi, dünyada neft hasilatı Doha görüşünün nəticələrini gözləmədən azalmağa başlayıb, istər OPEC ölkələri üzrə olsun, istərsə də qeyri-OPEC ölkələri üzrə. İkincisi, baxmayaraq ki, İran neft ixracatını artırmaqla bağlı bəyanatlar yayır, əslində həmin neftin həcminin tərkibində kifayət qədər kondensat həcmi var ki, əvvəllər də bazara çıxarılırdı, ancaq adı “dəftərə” qeyd olunmurdu. Yəni İranın dünya bazarına təsir edəcək imkanları əslində şişirdilib”.

ELÇİN

www.yenicag.az

486
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv