Dohada əkiz qüllələrə Azərbaycan bayrağı yansıdıldı

Qətərin paytaxtı Dohadakı “Al Jaber Twin Tower” əkiz qüllələri 28 May- Müstəqillik Günü münasibətilə Azərbaycanın dövlət bayrağının rəngləri ilə işıqlandırılıb.

Yenicag.az xəbər verir ki, binanın üzərində “Müstəqillik gününüz mübarək” sözləri proyeksiya olunub. Proyeksiyada Qarabağın erməni işğalından azad olunmasının simvollarından birinə çevrilmiş xarıbülbül gülü də təsvir olunub.