Dollar bu gün neçəyədir?

Azərbaycan Mərkəzi Bankı 9 dekabr tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

Mərkəzi Bankdan Yenicag.az-a verilən məlumata görə, dekabrın 9-da olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1.7000 manat təşkil edir.

 

Manata nəzərən avronun məzənnəsi 2.0616 manat təşkil edir. 1 türk lirəsi 0.2175 manat, 1 rus rublu 0.0232, 100 İran rialı 0.0040 manat, 1 gürcü larisi 0.5183 manatdır.