Dollar bu gün neçəyədir?

Azərbaycan Mərkəzi Bankı 9 iyul tarixinə olan valyuta məzənnələrini açıqlayıb.

Mərkəzi Bankdan Yenicag.az-a verilən məlumata görə, iyulun 9-na olan rəsmi məzənnələr bülleteninə əsasən, 1 ABŞ dolları 1,7000 manat, 1 avro 1,9070 manat təşkil edir.

1 türk lirəsi 0,2965 manat, 1 rus rublu 0,0269 manat, 100 İran rialı 0,0040 manat, 1 gürcü larisi isə 0,5974 manatdır.