!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dollar dəyişmək üçün – ƏN SƏRFƏLİ BANKLAR

!Reklam – Yazi

Fevral ayının 8-də Azərbaycanda bəzi banklar dolları daha böyük məbləğdə satmağa başlayıb.

Yenicag.Az-ın araşdırmasına görə, “Expressbank” limiti 5 min dollardan 10 min dollaradək qaldırıb.
Lakin “VTB Bank” əksinə, limiti 10 min dollardan 5 min dollaradək salıb.

Dollar qiymətləri

Bu gün dolları ən yüksək qiymətlə alan “Gunaybank” və “Amrahbank”dır – 1.76 manat.
Dolları ən aşağı qiymətə alan bank isə “Bank of Baku”dur. Bu bankda dolların alış qiyməti 1.68 manatdır.
ABŞ dollarının ən aşağı satış qiyməti isə “Amrahbank”dadir –1.82 manat.
Bu gün dolların ən baha məzənnəsi 1.92 manatdır. Bu məbləğdə dolları Pakistan Milli Bankının Bakı filialı satır.

Avro qiymətləri

Bu gün Avropa valyutasını ən baha alan “Muganbank”dır. Bu bankda 1 avro 1.91 manata alınır.
Avronu ən ucuz alan “Bank of Baku”dur – 1.73 manat.
Avronu ən ucuz satış qiyməti yenə “Demirbank”dadır – 1,9545 manat.
Avronun ən baha satış qiyməti 2.0399 manatdır. Bu gün “Yapi Kredi Bank Azerbaijan” Avropa valyutasını həmin məzənnə ilə satır.

Yenicag.Az

www.yenicag.az

778
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv