Dollar əsas valyutaların önünə keçdi

Qlobal bazarlarda dollar bütün əsas valyutalar qarşısında bahalaşır.

Yenicag.az “Milliyet”ə istinadən bildirir ki, cümə günü başlayacaq və dünya bankirlərini bir araya gətirəcək “Jackson Hole” görüşündən əvvəl avro/dollar pariteti 1-dən aşağı düşüb.

Belə ki, son zamanlar digər valyutalar qarşısında dəyər qazanan dolların bu sürətlənmənin təsiri ilə avro/dollar pariteti 2002-ci ildən bəri ən aşağı səviyyəyə çatıb.

Avrodakı bu dəyər dəyişikliyi ixracatçıların marağına səbəb olsa da, dolların bahalaşması diqqətlə izlənilir.

Gülşən