Qlobal bazarların səbirsizlikə gözlədiyi kritik məlumat açıqlandı.
YENİCAG.AZ “Marja”ya istinadən xəbər verir ki, ABŞ Mərkəzi Bankının (Fed) Açıq Bazar Komitəsinin iclası başa çatıb.
Gözlənildiyi kimi Fed faizi artırmadı. Faizlər 0.25- 0.50% arasında sabit saxlanılıb.
Qeyd edək ki, Fed ötən ilin Dekabr ayında faizləri artıraraq 0.25-0,50% aralığında müəyyən etmiş, yanvar toplantısında isə qlobal iqtisadiyyatdakı qeyri-müəyyənlikləri əsas götürərək faizə toxunmamışdı.
– Fed 2016-cı ildə 2 dəfə faiz artırımı olacağını proqnozlaşdırır. Dekabrda bu ehtimal 4 dəfə idi.
– Fed açıqlamasında qlobal risklərə və qlobal iqtisadi artımın ləngiməsinə diqqət çəkib. Fed-ə görə qlobal maliyyə bazarlarında baş verənlər də risk yaradır.
Açıqlamada “faizlərin mərhələli şəkildə artacağını gözləyirik. İnflyasiyanı yaxından izləməkdə davam edirik”- deyilir. Qeyd edək ki, ABŞ-da inflyasiya aşağı tələbə və ucuz neftə görə yüksəlmir. Buna görə də Fed faiz artırmağa cəsarət etmir.
Qərarın açıqlanmasından sonra dollar ucuzlaşır. Avro/dollar məzənnəsi 0,8 faiz qalxaraq 1.182 səviyyəsinə çıxıb. Qızıl və neft də bahalaşır.
Fed ABŞ iqtisadiyyatının artım proqnozlarını azaldıb. 2016-cı il üçün iqtisadi artım proqnozu 2,4%-dən 2,2%-ə, 2017-ci üçün 2.2%-dən 2.1%-ə endirib.
Beləliklə Fed faiz artırmaqdan qorxur. Bu dolların bahalaşmasını dayandıra bilər.
22:30-fa Fed sədri Janet Yellenin mətbuat konfransı başlayacaq.