Dollar kreditləri ilə bağlı prezidentə müraciət

OMTwX1403u4v1Azərbaycanın bir qrup iqtisadçısı ölkə başçısına müraciət edib.

Bu barədə AzVision.az-a iqtisadçı Vüqar Bayramov məlumat verib.

Ekspert bildirib ki, dollarla götürülən kreditlərə dövlət tərəfindən kompensasiyanın ödənilməsi məsələsini dəfələrlə gündəmə gətirilsə də, Mərkəz Bank tərəfindən bu istiqamətdə ciddi addım atılmayıb.

Prezidentə edilən müraciətdə krediti dollarla olan vətəndaşlara güzəştlərin edilməsi xahiş olunub. Ölkə başçısına ünvanlanan müraciətə 11 iqtisadçı imza atıb.

1. Sabit Bağırov, Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun direktoru
2. Fikrət Yusifov, Ekonomiks İqtisadi Araşdırmalar
Mərkəzinin rəhbəri
3. Ruslan Atakişiyev, İqtisadi Resursların Öyrənilməsi
İctimai Birliyinin rəhbəri
4. Vüqar Bayramov, İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri
5. Eldar Qocayev, hüquqşünas, kommersiya hüququ
üzrə ekspert
6. Sirus Abasbəyli, Rabitə və İnformasiya Texnologiyaları
Mütəxəssisləri İctimai Birliyinin rəhbəri
7. İlkin Qarayev, Kiçik və Orta Müəssisələrin İnkişafına
Yardım Mərkəzi İctimai Birliyinin rəhbəri
8. Qalib Toğrul, İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri
9. Azər Mehdiyev, İqtisadi Təşəbbüslərə Yardım İctimai
Birliyinin rəhbəri
10. Eyyub Hüseynov, Azad İstehlakçılar Birliyinin sədri
11. Abil Bayramov, Mülki Cəmiyyətə Doğru İctimai Birliyinin
rəhbəri