!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Dollar manata nisbətən yüksələcək…”

!Reklam – Yazi

Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 13%-dən 11%-ə endirilməsi, faiz dəhlizinin yuxarı və aşağı həddinin isə +/- 3% səviyyəsində olması barədə qərar qəbul edib.

MB-nin İH sədri Elman Rüstəmov bildirib ki, faiz dəhlizinin parametrləri haqda qərar qəbul edilərkən əsas məqsəd makroiqtisadi dayanıqlığın artırılmasına yönəlib.

Bu arada həmçinin dolların məzənnəsinin manata nisbətən müəyyən qədər bahalaşması da baş verib. Belə ki, ilin əvvəlində orta hesabla 1 dollar 1,69 manat çərçivəsində var-gəl edirdisə, hazırda bu rəqəm 1,7025 civarındadır.

Yenicag.az-a açıqlamasında bu məsələlərə aydınlıq gətirən iqtisadçı ekspert Natiq Cəfərli əvvəlki illərin təcrübəsinə əsaslanaraq bildirdi ki, uçot dərəcəsinin aşağı salınması ilə bankların kredit faizlərini endirəcəyini gözləmək doğru yanaşma deyil:

“Əslində son bir neçə ayda Mərkəzi Bank ikinci dəfədir ki, uçot dərəcəsini aşağı salmaq barədə qərar verir. Xatırlayırsınızsa, bir neçə ay əvvəl verdiyi qərarla MB uçot dərəcəsini 15 faizdən 13 faizə endirmişdi. Lakin bu addım bank sektorunda ciddi dəyişikliyə səbəb olmadı. Çünki uçot dərəcəsini endirməklə MB kommersiya banklarının verdiyi kredit faizlərinin aşağı düşməsinə çalışır. Amma Azərbaycan tarixində elə faktlar da olub ki, 2014-cü ildə MB-nin uçot dərəcəsi 3 faizə düşsə də, kreditlər üzrə faiz dərəcələri yüksək olaraq qaldı. Bəzən 25-30 faizə çatırdı. Deməli, kredit faizlərinin yüksək olması heç də təkcə MB-nin uçot dərəcəsilə bağlı deyil. MB isə israrla məhz bu yöndə addımlar ataraq uçot dərəcəsi faizini aşağı salmağa çalışır. Doğru yanaşma deyil. Ona görə ki, banklarda kredit faizlərinin yüksək olmasının səbəbi çox çeşidlidir.

Həm problemli kreditlərin həcmi kifayət qədər yüksəkdir. Əvvəl verilən kreditlərin geri dönüşü təmin olunmur. Belədə itkiləri kompensasiya etmək üçün banklar daha yüksək faizlə kredit verilişinə keçir. Rəqabətli mühit çox zəifdir. Xarici bankların prosesdə iştirakını müəyyənləşdirəcək qaydalar hələlik müəyyənləşməyib ki, ABŞ və Avropa bankları da ölkəmizə daxil olsun və rəqabətli mühit yaransın. Mərkəzi Bank bu işi uzun zamandır ki, ləngidir. Yəni bir çox maneə və problemlər var ki, bank faizlərinin yüksək olmasını təmin edir. Buna baxmayaraq görürük ki, MB israrla kredit faizlərinin yüksək olmasını ancaq uçot dərəcəsini aşağı endirməklə həll etməyi düşünür. Bu da səhv yanaşmadır. Tək uçot dərəcəsi üzrə faizi aşağı endirməklə həmin məsələnin həllinə nail olmaq mümkün olmayacaq”.

Həmsöhbətimiz bu qənaətdədir ki, cari il ərzində dollar manata nisbətən mövqeyini bir qədər möhkəmləndirməyə nail olacaq:

“Banklarda dollarla olan kreditlərə tələbatın artması isə uçot dərəcəsinin aşağı salınması ilə birbaşa əlaqəli deyil. Bu son zamanlar dolların məzənnəsinin müəyyən dərəcədə qalxmasının nəticəsidir. Ümumilikdə, dollar kreditlərinin artması yaxşı göstərici sayıla bilməz.

Dolların məzənnə baxımından yüksəlməsi və bu yöndə verilən kreditlərə tələbatın artması fonunda belə çıxır ki, banklar hələ də manata güvənmir. Ona görə də dollarla kredit verərək, özlərini sığortalamağa çalışır. Deməli gözləntiər var ki, bu il ərzində dolların manatla məzənnəsində birincinin xeyrinə müəyyən dəyişikliklər olacaq. Bu səbəbdən risqlərin qarşısını almaq üçün banklar dollarla kredit verməyə daha çox üstünlük verir”.

ELÇİN

www.yenicag.az

3624
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv