Reklam: High Technic
hightechnic

Dollar sabah neçəyə olacaq?

Azərbaycan Mərkəzi Bankı (AMB) aprelin 5-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi 1,7140 səviyyəsində müəyyən olunub. Xatırladaq ki, AMB bu günə USD/AZN rəsmi məzənnəsini 1,7244 səviyyəsində müəyyən edib. Beləliklə, manat dollara nisbətən 0,6% möhkəmlənib.

Onu da qeyd edək ki, bu gün AMB-də Azərbaycan Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı baş tutub. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7145 səviyyəsində formalaşıb.

Yeniçağ.az

www.yenicag.az

231