Dollar satışı dayanıb – «Exchange»lərdə son vəziyyət – FOTOLAR

14523303903585153902_554x360-300x195Bu gün şəhərin mərkəzindəki valyutadəyişmə məntəqələrinin əksəriyyəti işləmir və valyuta satmır. Fins.az-ın əməkdaşının Bakının mərkəzində apardığı müşahidələr göstərib ki, valyutadəyişmə məntəqələrinin əksəriyəti müxtəlif bəhanələrlə, ya da sadəcə bəhanəsiz fəaliyyətini dayandırıb.

Dollar almaq istəyənlərin sayı böyük olsa da, məntəqələr valyuta satmırlar. Cəmi 2 məntəqədə dollar satışı həyata keçirilib. Bu məntəqələrdə dollar 1,56 manata alınıb, 1,626 manata satılıb. Avronun məzənnəsi isə fərqli olub. Belə ki, 1 avro 1,68-1,7 manatdan alınıb, 1,77-1,78 manata satılıb. Məntəqələrdə 100 rubl 2,01-2,09 manata alınıb, 2,17 manata satılıb. Amma sonradan bu məntəqələrdə növbəyə dayanan vətəndaşlara dolların satılıb qurtardığı bildirilib.